XƏBƏR LENTİ

23 İyul 2017

17 İyul 2017 - 20:35

Türkiyədə “OHAL” daha 3 ay uzadıldı

tbmm

TBMM ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Gununsesi.info-nun məlumatına görə,  öncə fövqəladə vəziyyətin müddətinin daha 3 ay uzadılması ilə bağlı ölkənin baş naziri Binəli Yıldırm, sonra isə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan çıxış etmişdi.

Qeyd edək ki, bu artıq dördüncü dəfədir ki, Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılır. Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib.

Həmin vaxtdan sonra ölkə parlamenti tərəfindən fövqəladə vəziyyət 3 dəfə 3 ay müddətinə uzadılıb.

Onu da qeyd edək ki, qərarın lehinə AKP-lillər və MHP-lilər, əleyhinə isə CXP-lilərlə HDP-lilər səs veriblər.

KAMİL

Gununsesi.info





loading...
Loading...