NATO-nun bu əməli alçaqlıqdır - TÜRKİYƏ

  • By admin
  • 18 Noyabr 2017 17:17


NATO-da indiyə qədər Türkiyəyə heç vaxt belə rəzalətə yol verilməyib.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ söyləyib. Onun sözlərinə görə, NATO-nun Norveçdəki təlimində Türkiyəyə qarşı edilən hərəkət alçaqlıqdır.

Qeyd edək ki, Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Mustafa Kamal Atatürk və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Təlim təşkilatçılarının belə addım atması Türkiyənin sərt etirazına səbəb olub. Olaydan dərhal sonra Türkiyə təlimdə iştirak edən hərbçilərini geri çağırıb. Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfər ordudan qovulub.

Yaşanan insidentə bağlı NATO Baş katibi Yens Stoltenberq və Norveç Türkiyədən üzr istəyib.

Gununsesi.info