Türkiyə icazə vermədi, ABŞ-a müraciət etdik – Ukrayna

  • By admin
  • 21 İyun 2017 19:10

ukrayna_bayragi

 

Türkiyənin LNG tankerlərinin boğazlardan keçidinə icazə verməsini təmin etmək üçün Vaşinqtondan dəstək almağa ümid edirik.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın dövlət neft-qaz şirkəti “Naftoqaz”ın sədri Andrey Kobolev deyib.

Kobolev Ukraynanın ABŞ-ın mayeləşdirilmiş qazını (LNG) Qara dəniz üzərindən idxal etməyə maraq göstərdiyini, ancaq Türkiyənin LNG tankerlərinin boğazlardan keçidinə icazə verməməsi səbəbindən bu layihənin reallaşmadığını bildirib.

ABŞ-a Ukrayna Prezidenti Pyotr Poroşenko ilə səfər edən Kobolev Vaşinqtonda sözügedən məsələni müzakirə etdiklərini, ABŞ-ın yeni diplomatik cəhdlərinin bu problemi həll edəcəyinə ümid etdiyini qeyd edib.

 

Gununsesi.info