Türkiyə Ordusu Afrində son 5 yaşayış məntəqəsini azad edir

  • By admin
  • 24 Mart 2018 12:45

Türkiyə Silahlı Qüvvələri (SQ) Afrin bölgəsində son 5 yaşayış məntəqəsində “Zeytun budağı” əməliyyatını davam etdirir.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar deyib.

O bildirib ki, bu gün əməliyyat çərçivəsində Türkiyə Ordusu “Azad Suriya Ordusu” ilə birgə Afrində son yaşayış məntəqələrini azad edir.

Qeyd edək ki, martın 18-də Türkiyə SQ və “Azad Suriya Ordusu” Afrin şəhərini PYD və YPG terrorçularından azad edib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

Gununsesi.info