Türkiyə-Suriya sərhədindəki səddin inşası başa çatır

  • By admin
  • 22 Sentyabr 2017 20:53

divar
Türkiyə Suriya ilə sərhəddə tikilən 828 kilometrlik modul səddin inşasını sentyabrın sonlarında başa çatdıracaq.

Gununsesi.info xəbər verir ki, hazırda səddin 731 kilometrlik hissəsinin inşası yekunlaşıb. Hündürlüyü 3 metrə, eni 2 metrə çatan səddin tikintisi 2015-ci ildə başlayıb.

Həmçinin iki ölkə arasında sərhədin təhlükəsizliyini təmin etmək məqsədilə əlavə tədbirlər də görülüb. Bu məqsədlə sədd tikanlı məftillə gücləndirilib, orada müşahidə qüllələri quraşdırıb və yaxınlıqda təcili reaksiya gücləri dislokasiya olunub.

Gununsesi.info