Türkiyədə fövqəladə vəziyyət uzadıla bilər

  • By admin
  • 17 Yanvar 2018 22:40

Türkiyə Milli Təhlükəsizlik Şurası hökumətə ölkədə fövqəladə vəziyyət rejimini daha 3 ay müddətinə uzatmağı tövsiyə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Şuranın iclasının yekunları ilə bağlı yayılan açıqlamada bildirilir.

İclas dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilib.

Ölkədə fövqəladə vəziyyət rejimi 2016-cı ilin iyulunda çevrilişə cəhddən sonra tətbiq edilib.

Gununsesi.info