Türkiyədə tank əleyhinə sistem hazırlanıb

  • By admin
  • 22 Fevral 2018 19:46

Türkiyədə tank əleyhinə sistem (UKTK) hazırlanıb.

Gununsesi.info xəbər verir ki, yerli mütəxəssislər tərəfindən hazırlanan UKTK sistemi istənilən növ zirehli texnika və hərbi avtomobillərə inteqrasiya oluna bilər.

Bildirilir ki, UKTK-nın məsafədən idarəetmə imkanına da malikdir.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sürücü-mexanik tərəfindən idarə olunmayan yeni nəsil tanklar istehsal etmək niyyətində olduqlarını bəyan etmişdi.

Gununsesi.info