Türkiyədə zəlzələ baş verib

  • By admin
  • 19 Noyabr 2017 17:15

Egey dənizində, Türkiyə sahillərində 4,2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İzmir şəhərindən 76 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info