Türkiyədəki referendumla bağlı Bakı, Gəncə, Naxçıvanda seçki məntəlqələri yaradılacaq

  • By admin
  • 24 Mart 2017 13:21
turkiye-bay
 
Aprelin 16-da Türkiyədə keçiriləcək referendumla bağlı Azərbaycanda yaşayan 6 mindən artıq Türkiyə vətəndaşının öz hüquqlarından yararlanması məqsədi ilə onların  üç bölgədə səsverməsi üçün şərait yaradılacaq və  bu bölgələrdə seçki məntəqəsi təşkil ediləcək.
Bu barədə Gununsesi.info-ya  Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirlikdən bildirilib ki, bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, həmçinin,  Gəncə və Naxçıvandakı  baş kosulluqlarda da  səsvermə məntəqələri təşkil olunacaq:
“Artıq bu istiqamətdə hazırlıq işləri gedir. Səsvermə isə  aprelin 9-da  səhər saat 9.00-da başlayacaq və axşam saat 21.00-dək davam edəcək”.
Səfirlikdən o da bildirilib ki, səsvermədə  Azərbaycanda yaşayan 6 mindən artıq  Türkiyə vətəndaşının iştirakı gözlənilir.
Mürtəza
Gununsesi.info