Türkiyənin Avropa İttifaqı ilə görüşü təxirə salındı

  • By admin
  • 19 Noyabr 2017 11:25

Gununsesi.info xəbər verir ki, enerji layihələrinin müzakirəsi üzrə noyabrın 20-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Türkiyə görüşü təxirə salınıb.

Türkiyə nümayəndə heyətinə ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrakın başçılıq edəcəyi nəzərdə tutulmuşdu.

Qeyd olunur ki, Avropa İttifaqı və Türkiyə arasında əlaqələrin canlanması baxımından vacib olan görüş “müəyyən çətinliklər səbəbindən” təxirə salınıb.

Görüşün yeni tarixi barədə məlumat verilməyib.

Gununsesi.info