Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

13 Oktyabr 2017 - 18:50

Türkoloq alim Gənclər Klubunun üzvləri ilə görüşdü- FOTOLAR

bilik_fondu__131017_02

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İl boyu bilik” proqramına uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində filologiya üzrə fəlsəfə doktoru, tarix üzrə elmlər doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısı Güllü Yoloğlu Fondun “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri və kollec tələbələri ilə görüşüb.

Fonddan verilən məlumata görə, tədbiri giriş sözü ilə Bilik Fondunun əməkdaşı Elnarə Əliyeva açaraq, Gənclər Klubu haqqında məlumat verib, gənc tarixçilərin mühazirə və elmi seminarlarda, müzakirələr və elmi turlarda fəal iştirakı barədə danışıb.

G.Yoloğlu Kollecin müəllim və tələbə kollektivinə “Türk xalqlarının dini görüşləri” mövzusunda mühazirə söyləyib. Türkoloq alim Sibirdən Balkanlaradək olan çoxsaylı səfərlərindən əldə etdiyi faktiki materiallara əsaslanaraq, bildirib ki, türk xalqları ayrı-ayrı dinlərə və təriqətlərə ayrılsalar da, onları qədim tarixdən və zəngin mədəniyyətdən qaynaqlanan alt qat birləşdirir. G.Yoloğlunun sözlərinə görə, türklərin istər adət-ənənələrində, istər folkloru və inanclarında, istərsə də dünyagörüşündə bir sıra oxşarlıqlar, hətta eyniliklər var.

Türkoloq alim bildirib ki, xalqlar arasında münasibətlərin mədəniyyətlərarası dialoq şəklində qurulması, onların qarşılıqlı hörmət hörmət şəraitində yaşaması mədəni inkişafa, sülhə və əmin-amanlığa layiqincə xidmət edər.

Tədbirdə tələbələr alimə suallar ünvanlayıb və dolğun cavablar alıblar.

bilik_fondu__131017_01

 

bilik_fondu__131017_02

 

bilik_fondu__131017_03

Gununsesi.info





loading...