Turnir başa çatıb

  • By admin
  • 30 May 2017 09:18

01

“Olimpik Star” İdman Kompleksində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən təşkil edilmiş eşitməqüsurlu əlillər arasında “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş futzal turniri başa çatıb.

AFFA-dan Gununsesi.info-ya verilən məlumata görə, turnirin qalibi “Zirvə” komandası olub.

Belə ki,“Birlik” 2-ci, “Şimşək” 3-cü yeri tutub. “Azəri” komandasının üzvü Rüfət Yusifov turnirin ən yaxşı oyunçusu, Şövkət Əskərov isə (Zirvə) ən yaxşı qapıçısı seçilib.

Qeyd edək ki, “Zirvə” komandasının üzvü Nurlan Fətullazadə yarışın bombardiri olub.

Anar

Gununsesi.info