U-17 məğlub olub - FOTO

  • By admin
  • 17 Avqust 2017 11:10

02

Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.  

Gununsesi.info Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın U-17 yığması ilə keçirilmiş oyunda futbolçularımız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Turan Vəlizadə vurub.

Qeyd edək ki, bu komandalar arasında avqustun 14-də keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşmışdı.

Anar

Gununsesi.info