UEFA “Qarabağ”ın hesabına 980 min avro köçürüb

  • By admin
  • 19 Yanvar 2017 14:49

qarabaq

UEFA “Qarabağ” klubuna daha 980 min avro vəsait ayırıb.

Gununsesi.info-nun məlumatına görə, vəsait komandanın cari mövsümdə Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrlə bağlı verilib.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrup mərhələsində 2 qələbə qazanıb və 1 dəfə meydanı sülhlə tərk edib. Digər 3 oyunda isə komanda məğlubiyyətlə üzləşib.

Gununsesi.info