UEFA “Qarabağ”ın rəqibi ilə bağlı araşdırmalara başladı

  • By admin
  • 20 Oktyabr 2017 16:30

cc

UEFA “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Roma” ilə bağlı araşdırmaya başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı qitənin ali futbol qurumunun saytı yayıb. Araşdırmaya səbəb, ÇL-in qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” – “Roma” oyununda “canavarlar”ın fanatlarının irqçi şüarlar və mahnı səsləndirməsi olub.

Xatırladaq ki, Londondakı “Stemford Bric” stadionunda keçirilmiş oyun 3:3 hesablı bərabərliklə nəticələnib.

Gununsesi.info