Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

08 Dekabr 2017 - 13:52

“UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək”- REKTOR 

UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib.

Gununsesi.info-nun xəbərinə görə, Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov və “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimovun qatıldığı yubiley tədbirində Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar iştirak edib. Tədbirdə UNEC-in nümayəndə heyəti rektor, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib.

Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Yakov Petroviç UNEC-də Rus İqtisad Məktəbinin yaradılmasını yüksək qiymətləndirib: “UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyəti hər iki ölkə alimlərinin bilik mübadiləsinə, o cümlədən elm və təhsil sahəsində inteqrasiya proseslərinin güclənməsinə böyük təkan verəcək”. UNEC-lə əməkdaşlıqda maraqlı olduğunu bildirən rektor, RİM-in fəaliyyətinin bu imkanları daha da artırdığını vurğulayıb. Səfər çərçivəsində Ural Dövlət İqtisad Universitetinin struktur rəhbərləri ilə görüşlər keçirilib, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib. UNEC-in nümayəndə heyəti Yekaterinburq vilayətinin Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski ilə də görüşüb. Diaspora rəhbəri Yekaterinburq vilayətində yaşayan azərbaycanlı gənclərin UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildirib.

Gülnaz Qənbərli
Gununsesi.info