Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

14 Noyabr 2017 - 21:30

“Uşaq hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib

Gununsesi.info xəbər verir ki, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq, bu ilin 20 oktyabrından 20 noyabrınadək “Uşaq hüquqları aylığı” elan edilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aylıq çərçivəsində ölkənin şəhər və rayonlarında uşaq hüquqlarının qorunması və təbliği istiqamətində maarifləndirmə tədbirləri, dəyirmi masalar, treninq-seminarlar, orta məktəblərdə, uşaq müəssisələrində müsabiqə və sərgilər təşkil olunur. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) təşəbbüsü ilə keçirilmiş aylığın məqsədi uşaq hüquqlarına diqqətin daha da artırılmasıdır.

“Uşaq hüquqları aylığı” çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəki Şəhər 5 saylı tam orta məktəbdə seminar keçirilib.

Seminarda insan hüquqlarının qorunması sahəsində qanunvericilik və beynəlxalq təcrübə barədə ətraflı məlumat verilib. Bildirilib ki, uşaq hüquqlarının tam təmin edilməsi ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bu baxımdan, son illərdə uşaq hüquqlarının müdafiəsi, uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün ölkədə sistemli tədbirlər həyata keçirilir.

Seminarda, həmçinin bu cür tədbirlərin təşkilinin uşaqların hüquqlarının qorunmasında, onların qayğı ilə əhatə olunmasında, layiqli vətəndaş kimi formalaşmasında əhəmiyyəti vurğulanıb.

Uşaq hüquqlarına həsr edilmiş tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Gununsesi.info





loading...