VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017

15 Sentyabr 2017 - 15:24

Üzeyir Hacıbəyli adına festival keçiriləcək

fb

Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə respublikamızda bir çox konsertlər, tədbirlər, sərgilər təşkil olunur.

Gununsesi.info xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 2017-ci il 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyliyə həsr olunmuş IX Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Festivalda Almaniya, Rusiya, Türkiyə, Gürcüstan, Fransa, Bolqarıstan, Ukrayna, İrandan tanınmış musiqiçilər və kollektivlər – Yeni  Münhen Filarmonik orkestri, Novosibirsk Filarmonik Orkestri, Rusiya Fortepiano Triosu, Başkənd Akademik Orkestri, Gürcüstan xoru, Eliso Bolkvadze, Plamena Manqova, Aleksey Semenenko, Sergey Doqadin, Boris Andrianov, Filipp Kopaçevski, Ertu Korkmaz, Berdiya Kiyares və başqaları iştirak edəcəklər.

Gununsesi.info




loading...
Loading...