Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

13 Dekabr 2017 - 15:58

Vəkillər Kollegiyasının sədri hüquq məsləhətxanalarında görüşlərə başlayıb

Bu gündən Azərbaycan Vəkillər Kollegiyasının (VK) yeni seçilmiş sədri Anar Bağırov Bakı şəhərindən başlayaraq vəkil qurumlarında görüşlər keçirməyə başlayıb.

Vəkillər Kollegiyasından Gununsesi.info-ya verilən məlumata görə, növbəti həftələrdə bütün hüquq məsləhətxanalarında analoji görüşlərin keçirilməsi nəzərdə tutulub.

İlk görüş Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasından başlayıb. Görüşün əsas məqsədi məsləhətxananın cari vəziyyəti, xüsusilə orada müəyyən olunmuş işlərin aparılması və vəkillərin təyinatı məsələləri ilə tanışlıq, məsləhətxanada işlərin daha səmərəli təşkili ilə bağlı metodiki tövsiyələrin verilməsi və problemlərin öyrənilməsindən ibarətdir.

Həmçinin görüşdə Mülki Prosessual, İnzibati Prosessual məcəllələr, vəkillik haqqında qanunvericiliyə edilmiş son dəyişikliklər ilə bağlı məsələlər, habelə bu dəyişikliklərdən irəli gələrək vəkillərin üzərinə düşən vəzifələrin səmərəli icrası ilə üzrə Anar Bağırovun tövsiyələri dinlənilib. Qeyd olunub ki, 2018-ci il yanvarın 1-dən etibarən məhkəmələrdə yalnız vəkillərin iştirakı nəzərdə tutulduğundan vəkillərin iş yükünün artması gözlənilir, bununla belə Kollegiya ən yaxın zamanda yeni üzvlərin vəkilliyə qəbul olunması istiqamətində işlər aparmaqdadır.

Görüşdə məsləhətxanaya təhkim olunmuş vəkillərin fikir və təklifləri, fəaliyyətləri ilə bağlı qarşılaşdıqları problemlər dinlənilmiş və problemlərin ən yaxın zamanda həlli məqsədilə zəruri qeydlər aparılıb.

Görüşdə Vəkillər Kollegiyasının sədr müavinləri Aydın Aundov, Pərviz Ələkbərov və Kollegiya Aparatının rəhbəri Fərhad Nəcəfov da iştirak ediblər.

Gununsesi.info