Vəkil olmaq istəyənlərin nəzərinə - SƏNƏD QƏBULU BAŞLADI

  • By admin
  • 13 Dekabr 2017 10:18

Vəkillər Kollegiyasının Rəyasət Heyəti “Vəkillər və vəkillik fəaliyyəti haqqında”  Qanunun tələbinə uyğun olaraq  Vəkillər Kollegiyasına qəbul olunmaq arzusunda olan şəxslərin sənədlərinin qəbulunu bərpa edib.

Vəkillər Kollegiyasından Gununsesi.info-ya verilən məlumata görə, qurumun  üzvlüyünə qəbul olunmaq üçün 2016-cı ildə sənədlərini vermiş şəxslərin ərizələrini komissiyada təsdiq etdirmələri zəruridir.

Sənədlər VK-nın binasında – Səməd Vurğun küçəsi 48 ünvanında, dekabrın 11-dən 2018-ci il yanvarın 11-dək qəbul edilir.

Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər kollegiyaya aşağıdakı sənədləri təqdim etməlidir:

– VK-nın Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş ərizə forması

– Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti

– Ali hüquq təhsili barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti

– Əmək kitabçasının təsdiq olunmuş surəti

– Əqli cəhətdən sağlamlıq haqqında tibbi arayış

– 3*4 sm 4*6 sm ölçüdə 4 ədəd rəngli şəkil

– Kadrların şəxsi məlumat vərəqəsi

– Tərcümeyi-hal.

Gununsesi.info