Vahid Əhmədov Milli Məclisdə qan pulu məsələsini gündəmə gətirdi - NAZİRLƏR KABİNETİNDƏN HƏLƏ DƏ CAVAB YOXDUR

  • By admin
  • 23 Noyabr 2017 13:54

Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, çıxış edən millət vəkili Vahid Əhmədov qeyd edib ki, Milli Məclisdə qan pulu məsələsinə bir neçə dəfə toxunulub.

“Bununla bağlı əlillər bizə müraciət edir. Vaxtında müəyyən sənədlər Nazirlər Kabinetinə spiker tərəfindən hazırlanaraq göndərilib. Amma hələ də cavab yoxdur. Bilirəm ki, vəsait çoxdur. Bu məsələni onsuz gec- tez həll etməliyik”, deyə millət vəkili bildirib.

Deputat Əli Məsimli isə qeyd edib ki, qiymətlərin artdığı şəraitdə pensiyaların da artırılmasına ehtyac var: “Nəzərə almaq lazımdır ki, pensiya yaşı da artırılıb. Bildiyiniz kimi, pensiyaçıların fərdi hesablarında yığılmış məbləğ 16 min təşkil etməlidir ki, 110 manat pensiya ala bilsinlər. Bu baxımdan yanaşdıqda, pensiyanın artırılmasına ehtiyac var”.

Mürtəza

Gununsesi.info