“Vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməmə halları var” - DÖVLƏT İMTAHAN MƏRKƏZİ

  • By admin
  • 20 Oktyabr 2017 10:30

dovlet imtahan merkezi

“Dövlət Qulluqçularının Reyestri vasitəsilə vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi hallarına qarşı monitorinqlər aparılır”. 

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib.

O bildirib ki, vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməmə halları var.

“Bu sahədə iş aparılır. Dövlət orqanlarına bu barədə məktublar göndərilir ki, onlar bütün vakant vəzifələri Dövlət Qulluqçularının reyestrinə daxil etsinlər”, – deyə B.Xəlilov qeyd edib.

Gununsesi.info