XƏBƏR LENTİ

19 Oktyabr 2017
18 Oktyabr 2017

20 Sentyabr 2017 - 14:30

Valideynlər direktoru belə müdafiə etdi- FOTO

direktor

Bakıda valideynlər məktəb direktoru işdən çıxarıldığı üçün aksiya keçirmək istəyib.

Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən 200 və 43 saylı Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərdən birinin valideyni Esmira Qasımova yazıb.

O bildirib ki, valideynlər Filologiya Elmleri Doktoru Qafar Huseynovun fəaliyyətindən tam razıdır və onun üçün də direktorun dəyişdirilməsinə razı olmurlar:

“Direktor yerinə bərpa olunmasa, heç kim övladını məktəbə qoymayacaq. Sabah da bu iki məktəbdə dərs otaqları yəqin ki, boş qalacaq. Övladını dərsə göndərməyəcək valideynlərdən elə biri də mən”.

Valideyn onu da qeyd edib ki, Q. Hüseynovun səhhətində problem yaşandığı üçün hazırda xəstəxanadadır.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məktəbin direktoru Qafar Hüseynov işdən çıxarılmayıb. Sadəcə hazırda səhhəti ilə bağlı müalicə olunur, bülletendədir.

Gununsesi.info




loading...
Loading...