XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

21 Sentyabr 2017 - 13:54

Valideynləri “İŞİD”ə qatılan uşaqlar Azərbaycana gətirilir- FOTO+VİDEO

fdfd

Valideynləri “İŞİD”ə qatılan uşaqların Azərbaycana gətirilməsi üçün işlərə başlanılıb.

Gununsesi.info xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq bir sıra dövlət qurumları 2 yaşlı Xədicə və qardaşı 3 yaşlı Abdullanın Bağdaddakı sığınacaqdan Bakıya gətirmək üçün danışıqlar aparır.

Qeyd edilir ki, uşaqların qohumları hələ ki, tapılmayıb. Bu istiqamətində işlər gedir, araşdırma aparılır. Yaxın günlərdə səlahiyyətli qurumlar bu barədə rəsmi açıqlama verəcəklər.

Xatırladaq ki, adıçəkilən körpələr İraqın Təl-Afər şəhərindən xilas edilərək Bağdada gətiriliblər. Rusiya Televiziyasının əməkdaşları həmin uşaqları İraqın paytaxtındakı sığınacaqda çəkiblər.

Azyaşlı Abdulla jurnalistin sualına cavab olaraq atası və anasının Mosulda öldüyünü deyib.

 

Gununsesi.info




loading...
Loading...