“Vay o günə ki, uşaqların biri dərsini yaxşı öyrənməyəydi…” - ƏMƏKDAR ARTİST ARİF BABAYEVDƏN VƏ ONUN DOĞUM GÜNÜNDƏN BƏHS ETDİ

  • By admin
  • 20 Fevral 2017 12:33

arif-1

“Bu gün ilahi bir Səs sahibinin dogum günüdür.

Mən Arif müəllimi 1984-cü ildən, Dahi ustadım Şövkət xanımla birgə dərs verdiyi gündən tanıyıram. Olduqca qayğıkeşdi, tələbələri ilə fəxr etmək ücün onları ən yüksək Sənət biliyinə və səhnə təcrübəsinə cəzb edirdi.

Hər gün ifa etdiyi Məcnun obrazına seyr etməyə bizi aparardı. Vay o günə ki, uşaqların biri dərsini yaxşı öyrənməyəydi…Ay balaaa… sən niyə belə edirsən axı… deyərək, çox əsəbləşərdi. Arif müəllim bir gün məni Leyli obrazının ölüm səhnəsinə hazırladı. Dövlət qarşısında illər boyu öyrəndiklərimizin hesabat konserti olacaqdı Filarmoniyada”.

Gununsesi.info xəbər verir ki, bunu tanınmış ifaçı, Əməkdar artist Aybəniz Haşımova deyib.

O, qeyd edib ki, həmin gün dünyanın ən xoşbxxt yeniyetmələrindən biri olub.

arif-2


“Böyük Səs sahibi, dünyaya gəlişindən Sənətkar dogulan Arif Babayevlə bir səhnədə  “Leyli və Məcnun” əsərini oxuyacaqdım.


Bəlkə də çoxları yerimdə olmaq istərdi…Amma o Böyük Sənətkarın etimadını doğrultmaq ücün böyük zəhmət və sənətə aşiqlik tələb edirdi Ustad!

Çox çalışdım, günlərlə Ustadımın əməyini heç etməyim deyə, gecəmi gündüzümə qatdım və səhnədə ölümün ən pik dərəcəsini göstərmək ücün… Gündə en azə beş saat məşq etdim və arzuma çatdım.


Çıxışımızdan sonra Arif müəllim mənə dedi: halalın olsun sənə çəkdiyim əziyyət, bu gündən sən mənim tələbəm yox, Sənət dostumsan!

Çox xoşbəxt tələbə olmuşam: üzərimdə üc Böyük İsmin müəllim zəhməti, əziyyəti var!

Arif müəllim! Dəyərlim doğmam, atamın olmadığı yerdə Atamı əvəz edənim!

Mən Sizə bu doğum gününüzdə nə arzu edə bilərəm?!

Allaha şükür, Allah hər şey verib Sizə: Ölməz bülbül nəfəsli, bulaq avazlı, Ana duası qədər məlahət rəmzinin könül rahatlığı gətirən billur qəlb və heç bir ali diplomların verə bilməyəcəyi İLAHİ SƏS!!!

Gözəl ailə, nəvələr…İnşallah, nəticələrinizi də görəcəksiniz.

Yalnız Allahdan Sizə uzun ömür və can sağlııi arzu edirəm!!!

Allah Sizi bizə çox görməsin!!!”-deyə, Əməkdar artist sonra qeyd edib.

arif-3

Kamil HƏMZƏOĞLU

Gununsesi.info