Venesuelada gəmi batıb

  • By admin
  • 22 Noyabr 2017 09:35

Venesuelanın Kolumbiya ilə sərhədində Orinoko çayında gəmi batıb.

Gununsesi.info xəbər verir ki, gəminin batması nəticəsində 10 nəfər itkin düşüb, 8 nəfər isə xilas edilib. Xilas edilənlər arasında 1 nəfər uşaq da olub.

İlkin məlumatlara görə, sərnişin gəmisi mühərrikində problem yaranan digər yük gəmisinə kömək etmək üçün dayanıb. Bu zaman gəmi sualtı daşlara dəyib batmış ola bilər.

Gununsesi.info