Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı DAYANDIRDI

  • By admin
  • 20 Sentyabr 2017 12:54
mehman
“Turan” agentliyinə qarşı başlanan istintaq dayandırılıb. 
Gununsesi.info xəbər verir ki, bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb.
Qeyd edilir ki, “Turan”ın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb.
Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibat-İqtisad məhkəməsinə verilib.
Agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib

Gununsesi.info