VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

23 Sentyabr 2017

13 İyul 2017 - 18:40

Vidadi Zeynalov rəhbərliyin göstərişi ilə MTN-ə 1 milyarddan çox pul verib- RABİTƏ NAZİRLİYİNİN SABİQ APARAT RƏHBƏRİ ETİRAF ETDİ

vidadi eldar

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və onların əməkdaşları Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinyət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Gununsesi.info-nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan proses qapalı keçirilib.

İclasda Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov şahid qismində ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.

Vidadi Zeynalov istintaqa verdiyi ifadəsində deyib ki, nazir Əli Abbasovun Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin direktoru Beytulla Hüseynova verdiyi göstəriş əsasında 2009-cu ildə hər ay 200.000 manat, həmin birliyin strukturuna internet xidmətləri də verildikdən sonra isə 2012-ci ildə 300.000 manat, bəzi hallarda isə, yəni həmin ilin yanvar-fevral aylarında abonentlər aylıq abunə haqqını ilkin olaraq bir dəfəyə ödəyən hallarda 500.000-600.000 manat, son üç ildən etibarən isə hər ayda stabil olaraq 400.000 manat pul vəsaitini ayın sonları, növbəti ayın əvvəllərində BTRİB-in baş mühasibi Anar Mustafayev vasitəsilə ona verib:

“Bundan başqa Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin digər struktur qurumlarından da hər ayda həmin nazirliyə külli miqdarda pul verilib, bütün pullar nazirin göstərişi ilə məndə toplanıb və nazirin göstərişi ilə də müəyyən olunan qaydada mənim tərəfimdən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi Teymur Quliyevə 50.000 ABŞ dolları, Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin rəisi Sübahir Qurbanova isə sürücüləri vasitəsilə 100.000 ABŞ dolları pul verilib. Sübahir Qurbanovun sürücüsünün adı Ramin olub, Teymur Quliyevin sürücüsünün adı isə yadımda qalmayıb”.

Vidadi Zeynalovun ifadəsinə görə, qeyd olunan pul vəsaitləri Teymur Quliyevə son bir il yarım ərzində, Sübahir Qurbanova isə 2011-ci ildən etibarən verilib: “Ümumilikdə isə Sübahir Qurbanova 4.000.000 ABŞ dolları, Teymur Quliyevə isə 900.000 ABŞ dolları pul göndərmişəm. Həmin qayda MTN və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərləri tərəfindən müəyyən olunub”.

Gununsesi.info




loading...
Loading...