Voleybolçu qızlarımız dünya çempionatına vəsiqə uğrunda mübarizəyə başlayır

  • By admin
  • 30 May 2017 08:50

valebol

Bu gün voleybolçu qadınlar arasında 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Bakıda E qrupunun oyunlarına start veriləcək.

Gununsesi.info-nun məlumatına görə, bu qrupda Azərbaycan millisi ilə yanaşı, Hollandiya, İsrail, Ukrayna, Danimarka və Norveç də yer alıb.

Bakı İdman Sarayında keçiriləcək 5 turluq mübarizənin yekununda qrup lideri Yaponiyada keçiriləcək Mundiala birbaşa vəsiqə qazanacaq. Qrupda ikinci yeri tutan komanda isə digər 5 qrupda ikinci yerin sahibləri ilə birgə qalan 2 vəsiqə uğrunda mübarizə aparacaq. Bu baxımdan, Azərbaycan millisini gərgin rəqabət gözləyir.

Faiq Qarayevin baş məşqçi olduğu komanda “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandıqdan sonra Bolqarıstanda təlim-məşq toplanışında olub. Yerli yığma ilə hər iki qarşılaşan Azərbaycan millisi əvvəlcə 0:3, ardından 1:3 hesablı məğlubiyyətlərlə üzləşib. İlk turda rəqib Norveç yığmasıdır.

Dünya çempionatının seçmə mərhələsi

E qrupu

15:00. Danimarka – Hollandiya

Hakimlər: Mixail Temelis (Yunanıstan), Sanya Miklosiç (Serbiya)

17:30. Azərbaycan – Norveç

Hakimlər: Sabine Vitte (Almaniya), Roberto Boris (İtaliya)

20:00. İsrail – Ukrayna

Hakimlər: Bruno Muha (Xorvatiya), Saşa Stanişiç (İsveçrə)

Gununsesi.info