Gununsesi.info xəbər verir ki, milyonlarla istifadəçisi olan WhatsApp yeni xüsusiyyətləri ilə istifadəçilərinin qarşısına çıxmağa hazırlaşır. WhatsApp-da spam mesajlarından, xüsusilə tanımadığımız insanlardan gələn mesajlardan asanlıqla xilas olmaq mümkün olacaq. Məlumatlara görə, WhatsApp reklamların və saxta xəbərlərin yayılmasına səbəb olan spam mesajların qarşısını almaq üçün yeni bir xüsusiyyət üzərində işləyir.

Yeniliyə əsasən WhatsApp 25-dən çox göndərilən mesajı spam kimi qəbul edəcək və mesajı göndərən şəxsi avtomatik blok edəcək.

Gununsesi.info