“WhatsApp” istifadəçilərinə şad xəbər - ŞƏXSİ MƏLUMATLAR QORUNACAQ

  • By admin
  • 17 Mart 2018 21:52

Böyük Britaniyanın Məlumat Qoruma Mərkəzi “WhatsApp” proqramının istifadəçiyə məxsus olan məlumatları paylaşmasının qanuna zidd olduğunu bildirib.

Gununsesi.info xəbər verir ki, 2016-cı ilin noyabr ayında Avropa ölkələri dünyanın ən məşhur mesajlaşma proqramlarından olan “WhatsApp”dan istifadəçilərin şəxsi məlumatlarının “Facebook” vasitəsilə paylaşılmasını dayandırmağı tələb etmişdi. Həmin ilin dekabr ayında eyni tələblə çıxış edən Böyük Britaniya proqramın istifadəçilərə bu barədə dolğun məlumat vermədiyini iddia etmişdi.

Məsələyə münasibət bildirən “WhatsApp” rəhbərliyi məlumatları paylaşmaqda başqa heç bir məqsəd güdmədiklərini bildirib. Bildirilir ki, istifadəçilərə məxsus bütün məlumatları tam şəkildə qoruyan sistem (GDPR) aktiv edilənədək proqram “Facebook”a heç bir şəxsi məlumat ötürməyəcək.

Artıq bu barədə rəsmi müqavilə imzalanıb. 25 may 2018-ci il tarixindən etibarən istifadəçilərə məxsus olan informasiyalar müəyyən olunmuş çərçivə daxilində qorunacaq və paylaşılmayacaq.

Gununsesi.info