XƏBƏR LENTİ

24 İyul 2017

17 İyul 2017 - 22:30

“WhatsApp”a maraqlı funksiya gəlir

whatsapp-new1
Populyar “WhatsApp” messenceri proqramda “YouTube” videosunu dəstəkləməyə başlayacaq.

Gununsesi.info ICTnews-a istinadən xəbər verir ki, mütəxəssislər proqramın keçid etmədən videoçarxların “YouTube” videohostinqindən birbaşa messencerdə göstərilməsi kimi gizli funksiyasının olduğu növbəti versiyasının sınaqlarına başlayıblar.

Yeni funksiyadan hazırda əlavənin 2.17.40 versiyasının istifadəçiləri yararlana bilərlər. Videoçarxlar bilavasitə proqramda açılır və “WhatsApp” istifadəçilərinin əlavə proqramlardan istifadəsinə ehtiyac qalmır.

Məlumata görə, beta versiya istifadəçiləri “YouTube”dan çarxın göstərilməsini dayandırmadan açıq videonu idarə etməklə pəncərənin ölçüsünü dəyişə, onu gizlədə və ya tam ekranlı rejimdə aça bilərlər. Lakin hazırda yalnız “iOS” əməliyyat sistemli qurğular üçün nəzərdə tutulan funksiya “iPhone 6” modelindən başlayan smartfonlarda işləyir.

“Android” və ya “Windows Phone” sistemlərinin idarəetməsi ilə işləyən qurğular hələ ki bu imkandan məhrumdur.

Gununsesi.info





loading...
Loading...