VİDEO



Müsahibə

Gündəm

Reportaj



Yanvar 2017
BE ÇA Ç CA C Ş B
« Dek    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

23 Yanvar 2017

11 Yanvar 2017 - 10:50

“Xəzər”-in aparıcısı deputat olmaq istəyir- "Yoldaşım deyir ki, işə gedəndə elə bil batareya taxırsan, gəlib mənə çatanda..." - FOTOLAR

fira

Space”-ni indi bəyənmirəm…

“Mənim əziz evim” layihəsində bu səfər hər gün evlərimizə pozitiv əhval ruhiyyə bəxş edən çılğın aparıcımız (Xəzər TV-nin tanınmış aparıcısı) Firuzə Cəlilovanın, onu tanıyanların təbirincə desək, “Fira”nın evində qonağıq. Bu dəfə həmsöhbət olaraq məhz onu seçmişik. Onunla söhbətimizdə-müsahibəmizdə də bir çox məsələlərdən, məqamlardan söz açmışıq. 

Gununsesi.info olaraq onunla müsahibəni oxucularımıza təqdim edirik:

“Onun tərəfdarı deyiləm ki, aparıcı çıxıb ancaq TV-də danışsın…

– Fira, başlayaq işlərdən Xəzər TV-də “Oyan Azərbaycan” verilişini aparırsan, verilişə başlayarkən qarşına qoyduğun məqsədlərə nail ola bilmisənmi? Reytinq baxımından, fikir baxımından indi apardığın veriliş nəzərində tutduğun kimdir, ya yox?

– Düşünürəm ki, daha yaxşı edə bilərdik. Əsas məqsədimiz tamaşaçını əyləndirməkmaarifləndirmək, dünya görüşünü daha da artırmaq idi. Sosial problemləri varsa,  hüquqları pozulubsa, onların bərpası üçün əlimizdən gələni edirik. Yəni, bir çox rubrikalarımız var, bu rubrikalarımızla da verilişin özəyi təşkil olunur. Başqa verilişlərdə nədir?  İstər səhər, istərsə də axşam verilişləri olsun, hamısında aparıcı çıxır, ancaq özü danışır. Sonra da deyirlər ki, biz tamaşaçını maarifləndirməklə məşğuluq?! Onlar nə edirlər, aparıcı çıxıb xüsusi təlimatlarmı verir və ya başqa şey yox… Sadəcə, verilişin formatı üzrə deyirlər ki, maarifləndiririkMaarifləndirmənin də əsasında məlumat vermək var. Məlumat verməkdə aparıcının yox. Verilişin özəyi olan müxbirlərin üzərinə düşür. Baxın, bayaq siz də şahid oldunuz ki, yuxarıda müxbirlərlə bəzi anlaşmazlıqlar yaşandı. Çünki bizim qabağımıza qoyduğumuz məqsəd budur ki, əgər mənə bu vaxt verilibsə, mən o vaxtı mütləq dəyərləndirməliyəm. Bizim iş saatımız 10-nun yarısı başlayıb, 7-də bitirsə, deməli, biz bu saatları mütəmadi olaraq işləməliyik.

Boş oturmaq olmaz. Gün ərzində müxbirlərin qabağına məqsəd qoyulur ki, ən azı günə 4-5 ədəd süjet çəkməlisiniz. Çünki biz həftəyə kiçik işçi heyəti ilə 17-18 rubrika veririk. Mən şəxsən onun tərəfdarı deyiləm ki, aparıcı çıxıb ancaq TV-də danışsın. Qoy mənim simam az tanınsın əsas odur ki, veriliş faydalı olsun. Biz “Haqqın var” rubrikasında insanların elə haqlarını qoruyuruq ki, bəlkə də hələ onlar heç bilmirlər ki, belə haqları var.Bütün dövlət qurumları ilə dost münasibətlərimiz var.

İnsanların qaz, su, yol kimi problemləri olanda, bizi onları əməkdaşlıq etdiyimiz dövlət qurumlarına yönləndiririk və problem həllini tapır. Bütün dövlət qurumlarına öz tənqidlərimizi edirik. Onlar da sağ olsunlar, hamısı tənqidə qarşı açıqdırlar və tənqidləri çox gözəl şəkildə qarşılayırlar. Bu verilişi aparanda öyrəndim ki, bir problem yaranırsa, bu, təkcə dövlətdən yox, eyni zamandan insanlardan da yaranır. Bəzisi reytinqə görə problem yaradır, biri dostunun ayağını büdrətmək üçün problem yaradır. Demək, hər şeyin özəyi biz insanlarıq.

“Mənim tikanlarım var, mən dalaşmağı sevirəm… “

– Bəs, sizdə hansı varinatdır?

– Mən özüm problem yaradan insan deyiləm. Problem yaratmağı sevmirəm. Hər kim ki, görsəm problem yaratmaq istəyir, öncədən o insana xəbərdarlıq edirəmbaşa salmağa çalışıram ki, lazım deyil, etmə, yəni, mənim tikanlarım var. Mən dalaşmağı sevirəm. Yəni, öz haqqımı müdafiə etməyi sevirəm. Düşünürəm ki, haqlıyamsa , haqqımı müdafiə etməyi bacaracağam. Haqqını müdafiə etməyən insan bir balaca zəif insandır. Mənim gözümdə insanlar zəif olmamalıdır.

“Əvvəllər nazirliklərlə birlikdə ləyirdiksə, indi icra hakimiyyətləri ilə də əməkdaşlıq edəcəyik

– “Haqqımı tələb etməyi sevirəm”, dediniz. Bəs rəqabəti necə, sevirsinizmi?

– Əlbəttə, çox sevirəm. Məsələn, mənə desələr ki,  filan verilişin reytingi yuxarı idi,  açıb tez o verilişə baxıram, görürəm ki, o məni nədə keçib?! Görürəm ki, bayağı musiqilər, aparıcının bayağı danışığı və onlara baxan auditoriyanın səviyyəsi. Mənsə o cür kütləyə işləmək istəmirəm. Mən faydalı məsləhətlər vermək istəyirəm. Hətta, böyük bir söz deyərək altına imzamı da ataram ki, səhər verilişləri içində ən maraqlı veriliş bizimkidir. Ona görə yox ki, orada mən varam. Yox, ona görə ki, bizim orada çox yaxşı işləyən kollektivimiz var. Və biz hər cəhətdən mövzulara toxunuruq, əyləncədən tutmuş sosial mövzulara kimi. İnşallah, bu ildən etibarən verilişimizdə belə yenilik olacaq ki, biz əhatəmizi bir az da genişləndirəcəyik. Əvvəllər nazirliklərlə birlikdə ləyirdiksə, indi icra hakimiyyətləri ilə də əməkdaşlıq edəcəyik. 

“Yoldaşım həmişə zarafatla mənə deyir ki…” 

– Hər gün efirdə olmağınıza baxmayaraq, şou-biznesin tədbirlərində az gözə çarpırsınız. Niyə?

– Yoldaşım həmişə zarafatla mənə deyir ki, harada nə açılış olsa, mütləq sən gedib oranın lentini kəsib açmalısan. Əslində çox sevirəm tədbirlərə getməyi. Dəvət edilən yerlərdən də qalmıram. Amma nədənsə bir çoxları dəvət etmir. Yəni, dəvət olanda mütləq iştirak edirəm. Olmayanda da, qəti şəkildə ora getmirəm. Sosial şəbəkədən gələn bütün dəvətləri demək olar ki, dəyərləndirirəm. Hətta, neçə dəfə olub, deyiblər ki, gəlin dırnağınıza qaynaq edək, durub getmişəm. Ulduz xəstəliyim yoxdur.

 Redaktorum da həmişə məni danlayır ki, çox tez əsəbiləşirsən

– Həyatda  çox pozitiv insansınız. İşdə necə, ciddisiniz?

– Ciddi rəhbərəm, bəli! Redaktorum da həmişə məni danlayır ki, çox tez əsəbiləşirsən. Ümumiyyətlə, nizam-intizamı sevən insanam. Qrafikim də gərgindir. Məsələn, səhər 9-un yarısında övladımı məktəbə qoyuram. Gündəlik olaraq gözəllik salonlarına gedirəm. Sonra gəlirəm işə, gündə 2 saat radio efiri, həftə sonu veriliş… axşamlar. Tədbirlər, şənliklər aparıram. Toya məclislərini seçirəm. Hər toy məclisinə getmirəm aparıcı kimi. Ona görə demirəm ha ki, toy məclisi aparan aparıcılar səviyyəcə aşağıdır. Sadəcə, mən özüm diqqət yetirirəm getdiyim toylara. Hətta, sevdiyim bir məclisi təmənnasız da apara bilərəm. Çünki mən işimi və mikrofonu çox sevirəm. Bütün bu qrafikə də nəzər salsaq, niyə işdə gərgin olduğum aydın olar!

 “Evə girdikdən sonra çox yorğun və  sönmüş oluram”

– Bədbinliyə qapıldığın anlar olurmu, belə vaxtlarda nə edirsən?

– Mən, ümumiyyətlə, evə girənə kimi çox enerjili oluram. Amma evə girdikdən sonra çox yorğun və  sönmüş oluram. Hətta, elə olur ki, ailə məclislərində bəzən yorğunluqdan danışmıram belə. Çünki mən ancaq işdə canlanıram. Həmişə mənə sual veriləndə ki, ailə və ya iş? Mən həmişə birinci işi nəzərdə tuturam. Heç kəsə acıq getməsin, ailəmi, övladlarımı çox sevirəm. 5 il işdən ayrı qaldım və deyəsən bu 5 il ərzində tam ailəmi sevgimlə bəhrələndirdim. İndi gərək insan özü , öz istəkləri üçün yaşasın. Mən də bu işimi çox sevirəm.

“Çoxları elə bilir ki, mən subayam” 

– Övladların haqqında çox danışmırsan, bəlkə, bu dəfə qaydanı pozasan?

– İki oğlum var. Biri 5 yaşındadır, biri də 3. Çoxları elə bilir ki, mən subayam. Çünki sosial şəbəkələrdə ailəmlə bağlı çox az paylaşım edirəm. Eyni zamanda, çox səmimiyəm. Bir çoxları qınayır ki, niyə kişi müğənnilərlə görüşəndə öpüşüb, görüşürsən, yoldaşın nə deyər buna?! Biz gündəlik həyatda da öpüşüb, görüşürük. Mən efirdə əl verim, keçim və ya heç əl də verməyim, uzaqdan salam deyim, bu, yalançılıq olar. Yalanı sevmirəm, necə varamsa, efirdə də eləyəm. Sadəcə, ailəmlə çox sakit oluram. Yoldaşımın bir sözü var, həmişə deyir ki, elə bii sən işə gedəndə batareya taxırsan, gəlib mənə çatanda tükənirsən (gülür)…

 Mən nə özüm dəlicəsinə sevib qısqananam, nə də dəlicəsinə sevib qısqananları bəyənirəm…

– Necə varsınız, eləsiniz. Belə olmaq yoldaşınızla aranızda mübahisə yaratmır ki?

– Yox, heç bir mübahisə yaratmır. Çünki bizdə qısqanclıq elə də yoxdur. Mən nə özüm dəlicəsinə sevib qısqananam, nə də dəlicəsinə sevib qısqananları bəyənirəm… Çünki yoldaşımın işi elədir ki, onun heç qısqanmağa belə vaxtı yoxdur. O, dövlət sahəsinin işçisidir. Demək olar ki, Azərbaycanımızı qoruyan bir sahədə çalışır. Çox ciddi işdədir. Ona görə də heç vaxt bir yerdə onunla şəkil qoymuram. Qoyanda belə üzünü göstərmirəm. Sadəcə, ona görə şəkil qoyuruq ki, bilsinlər ki, mən ailəliyəm. Ən azından bu, boş-boş söhbətlər yığışdırılsın

 “Mən həmişə təyyarəçi olmaq istəmişəm”

– Uşaqlar sizin yolunuzu davam etdirmək istəyir? Ya atalarının? 

– Uşaqların yollarını indidən cızmışam. Biri təyyarəçiliklə bağlı getməlidir, biri də dənizçiliklə bağlı. Çünki yoldaşım da formadadır. Formanı, ümumiyyətlə, çox sevirəm. Düşünürəm ki, rütbəli bəylərə çox yaraşır. Qismət Allahdan, bəlkə də böyüyəndə başqa bir yol seçəcəklər özlərinə… Məsələn, mən həmişə təyyarəçi olmaq istəmişəm. Qismət olmasa da,sonradan verilişdə bu istəyimi gərçəkləşdirdim. Komplekslərim olmadığı üçün efirdə bir çox şey etmişəm. İnsanlar da var ki, son günlərdə bir şəkildən 50 dənə çəkirlər ki, hansı yaxşı çıxıb ,onu paylaşsınlar. Mənim elə istəklərim yoxdur. Mənə maraqlı deyil o şəkildə necə çıxmışam…. Saçım dağınıqdır, ayağım əyridir və sair… Necə varamsa, oyam.

“Hələ də deyirlər ki, birdən “Xəzər”-də nəsə xoşuna gəlməsə, qayıt gəl, biz səni gözləyirik…” 

– Əvvəllər Lider və ATV kanallarında çalışmışınız. Niyə o kanallardan ayrıldınız?

– ATV-də layihə istəyirdim, alınmadı. O vaxt da “Lider”-dən təklif gəldi, mən də ora getdim. Sonra Xəzər TV yenidən qurulanda bir çox dostlarım bura gəldi. Məni də dəvət etdilər. Getdim “Lider”-in rəhbərliyinə dedim ki, orada prespektivim var, icazə versəniz, getmək istəyirəm. Onlar da sağ olsunlar, icazə verdilər və mən də bura gəldim. Hətta, “Lider”-dən hələ də deyirlər ki, birdən “Xəzər”-də nəsə xoşuna gəlməsə, qayıt gəl, biz səni gözləyirik. 

Space”-ni indi bəyənmirəm…

– Bəs, sizin üçün ən doğma kanal hansıdır?

– Doğma kanal əlbəttə ki, “Space” olub. Uzun müddət işləmişəm orada, düz 6 il. Etibar Babayevin vaxtında. İndiki rəhbərlik məndən inciməsin, şəxsən tanışlığım yoxdur. Onların vaxtında işləməmişəm. Amma açığı “Space”-ni indi bəyənmirəm… Onlar da mənə deyə bilər ki, biz də sənə baxmırıq… Bütün kanallara baxıram, bircə “Space” və Mədəniyyət TV-dən başqa. Mədəniyyət TV– yə də ona görə baxmıram ki, bizim evdə o kanal tutmur. 

 “Millət vəkili olmaq istəyirəm”

– Bir çox sənət adamı sonradan siyasətə gəlir.Sənin də belə bir istəyin var?

– Bəli, var. Millət vəkili olmaq istəyirəm. Hətta, bir ara dövlət sahəsində də çalışırdım. Bakı Şəhər İcra Hakimiyyətində sektor müdürü olmuşam. Sonra alınmadı,  gəldim bu işə, amma millət vəkili seçilmək istəyirəm. 

 “Evdə heç mətbəxin də yerini bilmirəm”

– Evinə bizi qonaq etmisən, çox gözəl, şirin bir evin var… Bəs ev işləri ilə aran necədir?

– Evdə heç mətbəxin də yerini bilmirəm. Çox sağ olsun dayəmiz, o mənə həmişə kömək edir. İş rejimim çox gərgin olduğu üçün çatdıra bilmirəm. Dayəmiz həmişə deyir ki, uşaqlar böyüyəndən sonra mən gedəcəyəm. Deyirəm, yox ey, sən uşaqlardan çox, mənə lazımsan, hara gedirsən?!

 “Hər yerə birlikdə gedirik onunla…”

– Bəs evdə sənə ən əziz əşya hansıdır?

– Telefonumun enerji aləti mənə ən əziz əşyadır deyə bilərəm. Hər yerə birlikdə gedirik onunla…

fir fir1 fir2

fira5

fira4

fira1

Dilarə Zamanova

Gununsesi.info




Loading...
loading...