Xərçəngdən yenicə əməliyyat olunan aktrisa əri ilə gəzintidə –  foto

  • By admin
  • 21 İyun 2017 19:21

124195_8mmdel01r8

 

Nyu-Yorkda ağciyər xərçəngindən əməliyyat olunan aktrisa Hülya Koçyiğit vətəni İstanbula qayıdıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, əri Səlim Soydanla həyətdə gəzərkən çəkilmiş fotosunu paylaşan “Yeşilçam” ulduzu yazıb:

“Bu gün sevimli həyat yoldaşımla İstanbulda gəzintiyə başladıq. Hamınıza tək-tək cavab verə bilməsəm də, amma mesajların hamısını oxuyuram. Sevginizin gücü ilə hər keçən gün daha yaxşı olacağımı bilir və şükr edirəm. Ən səmimi sevgilərimlə…”.

 

Gununsesi.info