Xəsislikdən ölən dünyanın ən varlı qadını - FAKTLAR + FOTOLAR

  • By admin
  • 19 Avqust 2017 23:00

dunyanin-en-zengin-kadinlarindan-biriydi-709562_5032_10_b

Hər birimizin ətrafında simic damğası vurduğumuz ən azı bir tanışımız var. Təqdim edəcəyimiz məqalə isə milyardlara sahib olan simic qadın Hetti Grin haqqındadır.

Dövrünün məşhur və ən varlı iş adamlarından olmuş Robinzon Qrinin qızı kimi tanınan Hetti Qrin 6 yaşından etibarən daima maliyyə və iqtisadiyyat xəbərlərini izləyir. Güclü riyazi biliklərə malik olan qızcığaz ilk dəfə bank hesabı açdırdığı zaman cəmi 8 yaşında olur.

Robinzon Qrin 31 yaşında vəfat edərkən onun 7,5 milyard dollarlıq sərvəti qızına qalır. Elə həmin gündən etibarən pul hərisliyi, var-dövləti artırmaq arzusu Hetti üçün az qala xəstəliyə çevrilir.

Ölkə iqtisadiyyatının zəiflədiyi bir vaxtda Hetti Qrin mülk alğı-satqısı ilə məğul olur. Bununla da onun maddi gücləri daha da genişlənir. Daha sonra isə gənc qadın dövrün ən məşhur milyarderi kimi tanınan Ned Grinlə ailə həyatı qurur və onlar ağıl almayacaq qədər çox sərvətə sahib olurlar.

Lakin bir müddət sonra Ned yanlış yatırımlar səbəbindən müflis olur. Hetti isə əslə onun bu səhvini bağışlamır, hətta ərini evdən qovur.

Öz növbəsində sərvətini artırmaqda olan Hetti simicliyindən əsla qaz peçi və sobadan istifadə etmir, ən ucuz şirniyyatlarla gününü keçirir, cəmi bircə dənə qara don geyinir.

Geyiminin sadəcə ləkə dəyən yerlərini yuyan bununla sabuna qənaət etdiyini düşünürmüş. Hətta ofis xərclərindən yaxa qurtarmaq üçün o, hər hansı bir bankın masasında işlərini həll edir, bank buna icazə vermədiyi halda, başqa məkana üz tuturmuş.

Hetti səhər oxuduğu qəzeti günorta yenidən satmaq üçün oğluna verirmiş. O, hətta oğlunun ayağının kəsilməsinə də səbəb olur. Belə ki, xəsis qadın xizək sürərkən yıxılan 11 yaşlı oğlunun ayağının müalicəsinə pul verməmək üçün onu kimsəsizlər üçün nəzərdə tutulan xəstəxanaya aparır. Orada qoyulan yanlış diaqnoz uşağın ayağının kəsilməsinə səbəb olur.

Maraqlısı budur ki, Hetti Qrinin ölümü də məhz xəsislik səbəbindən baş verib. Belə ki, o, yağsız südün qiyməti üstündə satıcı ilə mübahisə etdiyi üçün ürək tutmasından dünyasını dəyişib.

Tarix isə onun bu hərəkətlərini heç vaxt unutmayıb, əksinə, Hetti Qrin “dünyanın ən xəsis adamı”  kimi Ginnesin Rekordlar Kitabına girməyi bacarıb.

dunyanin-en-zengin-kadinlarindan-biriydi-709562_1982_9_b

 

dunyanin-en-zengin-kadinlarindan-biriydi-709562_428_2_b

Gununsesi.info