Xəstəxanada dava - MÜHAFİZƏÇİNİN KÖYNƏYİNİ CIRDILAR

  • By admin
  • 19 Sentyabr 2017 20:31

1ab42ea4ccad00815f6cd0af0cc6c4a3

Bakı şəhərinin Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasında insident baş verib.

Gununsesi.info xəbər verir ki, xəstəxananın mühafizəçisi, 22 yaşlı Mikayıl Zəkiyevlə içəri keçmək istəyən şəxs arasında münaqişə baş verib. Bu zaman xəstəxanaya gələn şəxs mühafizəçini döyərək onun köynəyini cırıb.

Araşdırma zamanı hadisəni törədən şəxsin 45 yaşlı Arif Zeynalov olması müəyyən edilib. Hadisə vaxtı onun sərxoş olduğu üzə çıxıb.

Gununsesi.info