Xətainin Bakıdakı heykəli götürülür

  • By admin
  • 21 İyul 2017 12:52

1487261245_asasad

Bakıda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcək.

Gununsesi.info-nun  məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin salınmasının nəzərdə tutulması ilə bağlıdır:

“Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətə cavab veriləndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək”.

Gununsesi.info