“Xəzər Dəniz Gəmiçiliyi” DSMF-yə borcunun olmasını inkar etdi

  • By admin
  • 11 Dekabr 2017 17:42

“Azərbaycan Xəzər-Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətə başladığı gündən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb.

Gununsesi.info xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev apa-ya açıqlamasında bildirib ki, hazırda da “AXDG” QSC-nin DSMF-yə borcu yoxdur.

M. Mehdiyev bildirib ki, təkcə bu il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən DSMF-yə 24,7 mln. manat ödəniş həyata keçirilib.

“DSMF-nin “AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə “AXDG” QSC-nin tabeliyindən çıxarılıb”, – deyə məlumatda bildirilir.

Gununsesi.info