Xaçmaz şəhərində mənzildən kişi meyiti aşkar edilib

  • By admin
  • 17 Mart 2018 21:00


Xaçmaz şəhərində mənzildən kişi meyiti aşkar edilib.

Gununsesi.info xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Heydərov Xeyrulla İbad oğlunun cəsədini adiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info