Xaçmaz sakinini elektrik cərəyanı vuraraq öldürdü

  • By admin
  • 23 Avqust 2017 20:33

elektrik

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, Xaçmaz şəhərində yerləşən yeni yaşayış massivində evdə elektrik xətrini təmir etməyə çalışan 1963-cü il təvəllüdlü Hüseynov Hüseyn Həsən oğlunu elektrik vuraraq öldürüb.

Mərhumun meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info