Xaçmazda 5 otaqlı ev yanıb

  • By admin
  • 23 Aprel 2017 13:50

FHN

 

Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində olan əşyalar qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info