Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

17 Yanvar 2018 - 16:48

Xalq artisti vəfat etdi- 90 YAŞINDA (FOTO)
Bu gün xalq artisti Böyükağa Məmmədov dünyasını dəyişib. 
Gununsesi.info xəbər verir ki, bu barədə “qafqazinfo”ya rəqqasın nəvəsi Kərim Qambayzadə məlumat verib.
Azərbaycan milli rəqsinin şahzadəsi 90 yaşında həyatını itirib. O, uzun sürən xəsyəlikdən sonra vəfat edib. Dəfn mərasimi sabah “Təzə Pir” məscidində baş tutacaq.
Qeyd edək ki, rəqqasın 5 gün sonra 91 yaşı olacaqdı.
Xatırladaq ki, Böyükağa Məmmədov 1960-cı ildə “Cücələrim” rəqs ansamblına rəhbərlik etməyə başlayıb.
Məmmədov ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib.
O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına layiq görülüb.
Gununsesi.info