Gununsesi.info xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Könül Xasıyevanın vəkili Şəfiqə Nağıyeva deyib. Onun sözlərinə görə, Könül Xasıyeva ona 70 min manat atan müğənninin barəsində olan şikayət ərizəsini geri götürüb:

“Könülün ona yazığı gəldi. Dedi ki, “yazıqdır, bu qərar götürülsün, amma mənim pulum ödənilsin”. Xatirə də ona söz verdi ki, 70 min manatı ödəniləcək. Pulun 20 minini ödəyib. Qalan 50 mini isə oktyabr ayına kimi ödəməlidir”.

Şəfiqə Nağıyeva qeyd edib ki, Könül Xasıyeva xəstədir və müalicələr üçün pul xərcləyir: “Biz yenidən müraciət edəcəyik ki, müalicə xərcləri qarşılansın”.

Qeyd edək ki, Xalq artisti Könül Xasıyevaya qarşı dələduzluq edilib. Müğənni Xatirə Hacıyeva xalq artistinin 70 min manatını ələ keçirib. Buna görə onun barəsində iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edilmişdi.

Gununsesi.info