“Xaricdə dini təhsil alan şəxslər var ki…” - KOMİTƏ SƏDRİNDƏN ETİRAZ - YENİLƏNİB

  • By admin
  • 24 Aprel 2017 11:50

Siyavush Novruzov

Bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları 3000-dən çoxdur.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, bu gün Azərbaycanda 2500-ə yaxın məscid var. Bu məscidlərin 1500-i tam şəkildə fəaliyyət göstərir. Bu məscidlərdə gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir.

Komitə sədri qeyd edib ki, hələ bir müddət əvvəl “Dini etiqad azadlığı haqqında” qanuna xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının belə dini ayinləri aparmasına qadağa qoyan maddə əlavə edilmişdi:

“Xaricdə dini təhsil alan şəxslər var ki, onlar orada 3, 5, 8 il oxuyublar. Azərbaycana qayıtdıqda isə onlar öz baxışlarını da buraya gətirir və onu təbliğ etməyə çalışırlar. Bu da Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır. Amma vətənini, dövlətini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var. Biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Bunun da nəticəsində onlar ya Azərbaycandan getmiş olurdular, ya da başqa qruplarda fəaliyyətlərini davam etdirirdilər. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından, savadlarından istifadə edilsin”.

S.Novruzov əlavə edib ki, bu gün 200-ə yaxın xaricdə təhsil almış Azərbaycan vətəndaşı bu cür ayin və tədbirləri həyata keçirir:

“Biz qanuna dəyişiklikləri qəbul etdikdən sonra o insanların da fəaliyyətini də məhdudlaşdırılmış olurduq. Biz çalışmalıyıq ki, dini təbliğat xürafat şəklində deyil, savadlı həyata keçirilsin və buna görə də bu cür insanlara şərait yaratmılıyıq”.

***

Komitə sədri deyib ki, çünki məlum qadağa nəticəsində onlar ölkədə fəaliyyət göstərə bilmir.

“Bununla da onlarım müəyyən mənada  hüquqları pozulur və onların fəaliyyətində məhdudiyyət yaranırdı. Nəticədə həmin şəxs ya ölkədən getmək  və yaxud da, digər dini qruplara qoşulmaq zorunda  qalır. Bütün bunları nəzərə alaraq, həm xaricdə təhsil salan savadlı din mütəxəssislərinin hüquqlarını bərpa , həm də  ölkədə savadlı din xadimləri tərəfindən dinin təbliğini təmin etmək məqsədi ilə həmin şəxslərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər edildikdən və qüvvəyə mindikdən sonra bu şəxslər yaranmış imkanlardan yararlanacaqlar”- deyə, o, bildirib.

Mürtəza

Gununsesi.info