Xatundan Oksanaya cavab: MƏN DANIŞSAM, HEÇ XOŞ OLMAYACAQ

  • By admin
  • 20 Oktyabr 2017 11:00

22582153_1957761024465957_4904527956799389696_n

Müğənni Xatun Əliyeva rəqqasə, aktrisa Oksana Rəsulovanın sosial şəbəkə vasitəsilə ötən gün onun barəsində yazdığı tənqidi sözlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ifaçının prodüseri paylaşım edib.

“Qısa yazacağam. Mənim sizin kimi uzun yazmağa vaxtım yoxdur. Vaxtımı daha vacib əməllərə, önəmli insanlara xərcləyirəm. Sözüm klaviatura arxasında əyləşən qəhrəmanlaradır. Oyunu həyata gətirməyin, həyatda da “oyunçu” olduğunuzu çox bəlli edirsiniz. Susun, ədəbli olun. Mən danışsam, susdursam, sizə heç xoş olmayacaq”, – deyə o qeyd edib.

Gununsesi.info