Xızıda 140 partlamamış hərbi sursat aşkarlandı

  • By admin
  • 20 Oktyabr 2017 08:50

1

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

Gununsesi.info ANAMA-dan daxil olan məlumata əsasən, xəbər verir ki, oktyabrın 19-da yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 140 ədəd partlamamış hərbi sursat (PHS), 58 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 484 kq yandırma məhsulu aşkar edilərək, nəticə etibarilə   437 480 kv.m (43.75 ha)  ərazi yoxlanılıb.

Ümumiyyətlə, 47 gün ərzində  12 894 ədəd partlamamış hərbi sursat (PHS), 5 338 ədəd partlamış-yanmış sursat qalıqları və 43 241 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 48 014 408 kv.m (4 801 ha) ərazi yoxlanılıb.

Gununsesi.info