Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

12 Yanvar 2018 - 15:18

Xoşqədəm dayəni döyməsindənDANIŞDI

Bir sıra saytlarda jurnalist Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuşla birlikdə uşaqlarının dayəsini döyməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Gununsesi.info-ya açıqlama verən Xoşqədəm Hidayətqızı yayılan xəbərləri təkzib edərək, bunun yalan olduğunu dilə gətirib.

“Birincisi, mənim övladlarıma dayə deyil, öz bacım və anam baxır. İkincisi, yayılan xəbərlərdə dayənin adı varmı? Kimdir, adı nədir? Axı, belə bir şey ola bilməz!”- deyə, o bildirib.

Doğuşla birləşib dayəni döyməsi faktına gəldikdə isə buna xeyli gülən Xoşqədəm Hidayətqızı Doğuşun ölkəmizdə olmadığını qeyd edib: “Doğuş Azərbaycanda olur ki, biz birləşib birlikdə dayəni də döyək?! Bundan başqa, əgər övladıma dayə baxarsa və nəsə ciddi bir hadisə olarsa, dayə ilə aramızda problem olar. Axı, belə bir şey olmayıb. Digər tərəfdən mənim uşaqlarıma anam və bacım baxır. Dəfələrlə demişəm ki, mən uşaqlarımı başqasına həvalə edə bilmərəm. Ona görə yox ki,  onlar pisdir və ya baxa bilmirlər, yaxud inanmıram. Əsla yox! Sadəcə uşaqlarımı kiməsə etibar edə bilmirəm. Ürəyim partlayar. Bu mənim özümdən asılı deyil”.

X.Hidayətqızı onu da deyib ki, sosial şəbəkələrdə dayələrin uşaqları döyməsi, onları incitməsi ilə bağlı xeyli videolar paylaşılır və təbii olaraq, o da bu videoları izləyir: “Bu videoları izlədikdən sonra içimdə bir qorxu yaranıb. Uşaqlarım körpədir. Özümün vaxtım olmur. İşdə oluram. Ona görə də uşaqlarıma bacım və yaşlı anam baxır. Yaşlı anam ağrımasına baxmayaraq, uşaqlarıma nəzarət edir. Odur ki, kimsəni döyməyə ehtiyac yoxdur”.

Gununsesi.info