Xuramandan köklüyünü ələ salanlara sərt cavab

  • By admin
  • 22 İyun 2017 20:15

lk

 

Aktrisa Xuraman Əlizadə köklüyünü irad tutanlara sərt cavab verib.

Axşam.az-ın məlumatına görə, aktrisa formasından razı olduğunu söyləyib:

“Kök olmağımla bağlı, mənə öz səviyyəsində söz yazanlara cavab vermək istəyirəm. Sizin ananız, bacınız, ümumiyyətlə, nəslinizdə artıq çəkili xanım yoxdur? Biri arıq, biri kök olar. Sizin çörəyinizi yemirəm. Halal zəhmətimi qazanıb yeyirəm. Allah hamının ruzisini versin.

Sözüm bəzi etik qaydaları bilməyənlər üçündür. Sənət adamlarını qaralamaqdan başqa heç nə bilməyənlər, özünüzdə qüsur və səhv axtarın”.

 

Gununsesi.info