Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018
15 Yanvar 2018

15 Dekabr 2017 - 17:30

Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi münasibətilə medal təsis edilib

Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) yubileyi ilə bağlı medal təsis edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklik layihəsi parlamentin plenar iclasında müzakirə olunub.

Layihədə bildirilib ki, “Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 – 2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycanın Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Silahlı Qüvvələrinin digər silahlı birləşmələrin hərbi qulluqçuları və başqa şəxslər təltif edilirlər.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Mürtəza

Gununsesi.info