Yanacaqdoldurma məntəqəsində partlayış - YARALANANLAR VAR

  • By admin
  • 21 Noyabr 2017 15:02

Lənkəranda yanacaqdoldurma məntəqəsində yanğın olub.

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, rayonun Separadi kəndində Çingiz Allahverdiyevə məxsus yanacaqdoldurma məntəqəsində baş verən hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri çağırılıb.

Yanğın lokallaşdırılıb.

Gununsesi.info